6 Yanvar 2022 10:01
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun əməliyyatında öldürülən iranlı general Qasım Süleymaninin anım mərasiminə qatılan qızı Zeynəb Süleymani çəkilən fotosunda “iPhone 13 Pro Max” istifadə etdiyi görüldükdən sonra tənqidlərə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, Süleymani İranın paytaxtı Tehranda təşkil edilən mərasimlə anılıb.

Zeynəb Süleymaninin mərasimdə əlində “iPhone 13 Pro Max” model telefonu ilə çəkdirdiyi foto ölkə gündəmini zəbt edib. Sosial şəbəkələrin İran seqmenti Zeynəbin “iPhone” model telefondan istifadə etməsinə etiraz edib.

İranlı istifadəçilər Tvitterdə ona belə reaksiya veriblər: “Amerikanı məhv edəcəyinə söz verən Qasım Süleymaninin qızı Zeynəb Süleymaninin ona Amerika istehsalı “iPhone” ilə meydan oxuması böyük ironiyadır”.

Ona bu telefonu livanlı həyat yoldaşı tərəfindən hədiyyə edildiyini bildirilib.

Zeynəb Süleymani anım mərasimindəki çıxışında atasının qisasının ABŞ-dan alınacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər