Baş verən gərginliklərə baxmayaraq ABŞ-da Türkiyə ilə münasibətlərin pisləşməsini istəməyən mövqe var.
Teleqraf.com-un məlumatına görə, yunan mediasında yayılan məlumatda qeyd edilib ki, PKK/PYD, S-400 və F-35 məsələlərində ABŞ və Türkiyə arasında gərginlik iki müttəfiq ölkə arasında əlaqələrin pisləşməsinə səbəb olub.
"S-400" məsələsində xarici müdaxilə və PKK məsələsində müttəfiqinin dəstəyini qəbul etməyən Türkiyə hər iki məsələdə geri addım atmayıb. “Biz suveren dövlətik, suveren hüquqlarımız var”, - deyib. ABŞ-da Türkiyə əleyhinə fəaliyyət göstərən yunan, yəhudi, erməni və hind lobbiləri danışıqlar mühitindən qaçmaq üçün Konqresə təzyiqlər edərkən, Yunanıstan mediasında xüsusi məqalə diqqəti çəkib.
Gücün daha geniş bir sahədə intensiv şəkildə yenidən bölüşdürüldüyü bir zamanda hökmranlıq oyununda pərdəarxası prosesləri və taktiki gedişlər görünür.