6 Yanvar 2022 22:43
3 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Böyük Britaniyanın müdafiə nazirləri Lloyd Ostin və Ben Uolles arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, nazirlər danışıqlar zamanı Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəklərini yeniləyiblər.

Müdafiə nazirləri Ukrayna sərhədlərində Rusiyanın hərbi gücünün artırılması məsələsini nəzərdən keçiriblər. Görüşdə Rusiyanın bölgədəki hərbi qüvvələrinin sayını hiss ediləcək səviyyədə artırdığı diqqətə çatdırılıb və bu kimi addımlara qarşı birgə tədbirlərin həyata keçirilməsi məsələsinə toxunulub.

Həmsöhbətlər koordinasiyalı şəkildə əməkdaşlığın davam etdirməyə razılaşıblar.

Bundan əvvəl Almaniya Xarici işlər naziri Annalena Berbok ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdə Ukrayna məsələsini müzakirə edib. Blinken görüşdə yaxın həftələr və aylarda Amerika tərəfindən Rusiya təhlükəsi ilə üz-üzə qalmış Ukraynaya hərbi yardım göstəriləcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər