6 Yanvar 2022 17:19
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkədəki etirazlar tamamilə proqnozlaşdırıla bilən idi və ictimai narazılıq uzun müddət toplanmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstanın keçmiş baş naziri Akejan Kajegeldin “Present Time” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə korrupsiya və yoxsulluq böyüyüb, kasıb xalqın gözü qarşısında kiçik bir qrup vətəndaşın dəbdəbəsi yaranıb:

“Əslində hər şeyin, o cümlədən ərzaq məhsullarının bahalaşması hökumət tərəfindən artıq, düşünülməmiş axmaq addım idi. Neft hasil edilən bir ölkədə, xüsusən də neft və qaz hasil olunan regionda birdən-birə belə qiymət artımı sadəcə bəhanədir, hər şey sistemə görə yığılırdı”.

Sabiq baş nazir əlavə edib ki, paytaxtda çoxuşaqlı anaların kiçik bir qrupunu döyüb həbs etmək, həmkarlar ittifaqı nümayəndələrini cəzalandırmaq, həbs etmək və öldürmək olardı, amma fəhlə sinfinin böyük bir kütləsi, gənc oğlanlar meydana girəndə məcburiyyət qarşısında danışıqlara gedilir.

Onun sözlərinə görə, sərt tədbirlər yalnız düşmənə qarşı tətbiq oluna biləcəyi mümkündür: “Düşünmürəm ki, özünü seçilmiş adlandıran bir prezident öz vətəndaşları ilə belə rəftar etsin”.


Müəllif: Nemət

Oxşar xəbərlər