19 Noyabr 2014 08:10
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə son iki sutka ərzində 2 nəfər H5N1 (“quş qripi”) virusunun qurbanı olub. Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, ölən şəxslər Misirin cənub bölgələrində yaşayıb və ev quşu ilə təmasda olublar.

Belə ki, noyabrın 17-də “quş qripin”ə yoluxmuş 19 yaşlı qız ölkənin cənubundakı Asyut əyalətində ölüb. Virusun ikinci qurbanı Əl Minya əyalətində 30 yaşlı qadın olub.

Son bir ildə Misirdə, ümumilikdə, “quş qripi”nə yoluxma ilə bağlı 7 fakt qeyd alınıb.


Müəllif:

Oxşar xəbərlər