6 Yanvar 2022 18:38
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Prezidenti Sadır Japarov parlament deputatlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində öz hərbçilərinin Qazaxıstana göndərilməsinə mane olmamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

"Hərbçilərimizi qazax qardaşlarımıza atəş açmağa göndərmirik. Əminik ki, öz xalqına atəş açmayan əsgərlərimiz qazax qardaşlarımıza da atəş açmayacaq. Əksinə sabitliyi gücləndirmək üçün kömək etməyə göndəririk", - Japarov əmin edib.

Bu gün Qırğızıstan parlamenti kvorum olmadığı üçün Qazaxıstana hərbçilərin göndərilməsi məsələsinə baxa bilməyib. İclas yanvarın 7-nə təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər