7 Yanvar 2022 10:04
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almatı şəhərinin mərkəzi meydanında intensiv atışma başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ria Novosti” xəbər verir.

Bundan əvvəl media Almatıda bütün gecə atışma səslərinin eşidildiyi qeyd olunub.

Məlumat üçün qeyd edək ki, Qazaxıstanda yeni ilin ilk günlərində etiraz aksiyaları başlayıb. Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Dördüncü gün hakimiyyət etirazçıların əsas tələbini yerinə yetirməyə - qazın qiymətinin aşağı salınmasına hazır olduqlarını bəyan edib. Buna baxmayaraq, başqa şəhərlərdə etirazlar başlayıb. Prezident Tokayev çərşənbə günü səhər hökuməti istefaya göndərib. O, həmçinin respublikanın ilk prezidenti Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsindən azad edib.

Amma buna baxmayaraq etirazlar davam edir.


Müəllif: Nemət

Oxşar xəbərlər