7 Yanvar 2022 11:42
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda beşinci gününə qədəm qoyan hökumət əleyhinə etirazlarla bağlı Rusiyadan mesajlar gəlməkdə davame dir.

Teleqraf.com xəbər verir ki, Rusiyanın siyasət mütəxəssisləri prosesin arxasında xarici qüvvələrin olduğunu deyiblər.

Siyasi Texnologiyalar Mərkəzinin eksperti Aleksey Makarkin bildirib ki, iqtisadiyyatı sabit kurs tutmayan ölkədə həmişə narazılıq olur və xalq bir gün dəyişiklik tələbi ilə ayağa qalxır. Onun sözlərinə görə, gərginliyi artıran amillər arasında sabiq prezident Nursultan Nazarbayevin hakimiyyətdən tamamilə imtina etmək istəməməsi də var.

Mərkəzi Asiya üzrə ekspert, politoloq Arkadi Dubnov isə Qazaxıstanda hakimiyyətin “şizofrenik həddində” bölündüyünü bildirib. Dubnov da hesab edir ki, hakimiyyət xalqın dəyişiklik gözləntilərini yaxşı oxuya bilmir. Onun sözlərinə görə, ənənəvi olaraq proseslərə passiv münasibət bəsləyən Qazaxıstanın etnik rus əhalisi bu dəfə də olaylarda iştirak etmir.

Moskva “Karnegi” Mərkəzinin eksperti Temur Umarov isə qeyd edib ki, Rusiya bir müddətdir mümkün model kimi Qazaxıstanda hakimiyyət dəyişikliyi təcrübəsini izləyir. Umarovun sözlərinə görə, bir çox amillərlə yanaşı, xalqın keçid prosesindən kənarda qalması da etirazlara səbəb olan amillər sırasındadır. Umarov hesab edir ki, məsələ sırf qazaxlarla bağlıdır. Buna görə də etirazların arxasında Qərbi, Rusiyanı və ya Çini axtarmaq mənasızdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər