7 Yanvar 2022 10:53
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Kasım Jomart Tokayev Qazaxıstanda yanacağın qiymətinin qalxmasından sonra baş verən etirazlarla bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Qazaxıstan İctimai Televiziyasının məlumatına görə, Prezident Tokayev asayişin böyük ölçüdə bərpa olunduğunu və cümə günü xalqa müraciət edəcəyini açıqlayıb.

Daxili İşlər Nazirliyinin küçələri təmizləmək üçün addımlar atdığını bildirən prezident əlavə edib ki, indiyədək 2300-ə yaxın şəxs saxlanılıb.

Qeyd edək ki, ölkə rəsmiləri insidentlərdə 1000-dən çox insanın yaralandığını, 400-ə yaxın şəxsin xəstəxanaya yerləşdirildiyini, 62 nəfərin isə reanimasiyaya aparıldığını bildirib.

Qazaxıstan rəsmiləri qarşıdurmalarda 748 mühafizəçinin yaralandığını, 18-nin öldüyünü, onlardan ikisinin başının kəsildiyini açıqlayıb.

Bundan başqa, qeyri-rəsmi məlumatlara görə, hüquq-mühafizə orqanlarına müqavimət göstərən 26 nəfər öldürülüb.


Müəllif: Nemət