İsrail Səhiyyə Nazirliyi Türkiyə, ABŞ və Böyük Britaniya da daxil olmaqla 8 ölkəyə səyahət qadağasının ləğvini tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti və Knessetin Qanunvericilik Komitəsi tərəfindən təsdiqlənməsi gözlənilən qərar bu gecədən etibarən qüvvəyə minəcək.
COVID-19 yoluxucularının ölkəyə daxil olmasının qarşısını almaq üçün səyahət qadağası tətbiq edilsə də, daxildə xəstəliyin ötürülmə sürətinin 95 faizə çatması ilə bu qadağanın ləğvinə qərar verilib.
ABŞ, İngiltərə və Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya, Tanzaniya, Meksika və İsveçrə də qadağan olunmuş ölkələr arasında olub.