Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstanda hərbi əməliyyatlarda iştirak etmir.
Teleqraf.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev “Xabar-24” telekanalının efirində bildirib.
O qeyd edib ki, KTMT ölkələrinin hərbçiləri dövlət obyektlərinin mühafizəsini təmin edirlər.
“KTMT əsgərləri döyüş əməliyyatlarında iştirak etmir, yaraqlıları məhv etmirlər”, - Abayev bildirib.