Qırğızıstanın Qazaxıstana qoşun göndərməsinə yol açan qanun layihəsi Qırğızıstan parlamentində qəbul edilib.
Teleqraf.com xəbər verir ki, parlament Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyası çərçivəsində Qazaxıstandakı vəziyyətlə əlaqədar bu ölkəyə hərbi qüvvə göndərilməsini nəzərdə tutan layihəni müzakirə etmək üçün növbədənkənar toplaşıb.
Prezident Sadır Caparovun tövsiyəsi ilə Nazirlər Kabineti tərəfindən parlementə təqdim edilən və etirazlara səbəb olan layihənin müzakirəsinin qapalı iclasda davam etdirilməsi qərara alınıb. Bundan sonra Qırğızıstanın Qazaxıstana qoşun göndərməsinə yol açan qanun layihəsi böyük səs çoxluğu ilə qəbul olunub.
Dünən Qırğızıstanın Qazaxıstana sülhmərmlı qüvvə göndərməkdən imtina etməsi haqda məlumat yayılmışdı.