7 Yanvar 2022 14:19
3 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nursultan Nazarbayev getməyib. O, iki il yarım əvvəl prezidentlikdən getdiyini elan edəndə, dərhal dedim ki, bu, boş söhbətdir. Qısa müddətdən sonra buna əmin olduq. Hazırda o getməyib. Deyirlər ki, ölkədə deyil və s. Amma bütün nəzarət hələ də onun əlindədir”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstanda müxalifət nümayəndəsi Muxtar Ablyazov deyib.

O əlavə edib ki, Tokayev Nursultan Nazarbayevdən asılıdır:

“Konstitusiyaya görə, hüquqi baxımdan Nazarbayev ömürlük Təhlükəsizlik Şurasının sədridir. Sabah Konstitusiyanı əsas gətirərək deyə bilər ki, fikrimi dəyişdim və qayıtdım. Konstitusiya onun bütün səlahiyyətlərini təsdiq edir”.

Ablyazov qeyd edib ki, əgər Konstitusiyada bu təsdiqini tapmasaydı, Nazarbayevin bu gedişi yenə də mümkün olardı:

“Çünki nəzarət rıçaqları hələ də Nazarbayevin əlindədir. Burada hər şey konsepsiyalara uyğun həyata keçirilir. Və konsepsiyalara görə, Nursultan Nazarbayev ölkəni idarə edir, prezident isə sadəcə olaraq onun iradəsini yerinə yetirir”.


Müəllif: Nemət

Oxşar xəbərlər