7 Yanvar 2022 21:39
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri, Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyan və Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Pool of First” Teleqram kanalı məlumat yayıb.

“Lukaşenko Paşinyan və Putinlə telefonla danışıb”, - məlumatda deyilib. Söhbətin təfərrüatları verilməyib.

Bundan əvvəl Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub və onlar Qazaxıstandakı vəziyyəti müzakirə ediblər. Tərəflər KTMT çərçivəsində birgə addımların atılması prosesini müzakirə ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər