7 Yanvar 2022 17:12
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlıları yerli hüquq-mühafizə orqanlarının və ordu hissələrinin əməliyyat-döyüş fəaliyyətinə cəlb edilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu qərar “Qazaxıstan tərəfi ilə razılaşma əsasında” qəbul edilib.

KTMT sülhməramlıları həyati əhəmiyyətli obyektlərin, aerodromların, əsas infrastruktur obyektlərinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər.

Bundan əvvəl məlum olub ki, on iki İl-76 və An-124 KTMT sülhməramlıları Qazaxıstanın Almatı və Jetıgen aerodromlarına hərbçiləri və texnikanı çatdırmaq üçün uçub.

Rusiya və digər KTMT ölkələri məhdud müddətə Qazaxıstana sülhməramlılar göndərir.


Müəllif: Səxavət

Oxşar xəbərlər