Qazaxıstanın cənub-şərqindəki Almatı şəhərində keçirilən xüsusi əməliyyat zamanı aksiyaların 100-dən çox iştirakçısı saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə polis departamentinə istinadən "Xəbər-24" telekanalı məlumat yayıb.
Polis departamentindən bildirilib ki, xüsusi əməliyyat zamanı polis əməkdaşları terror aksiyalarının 100-dən çox iştirakçısını saxlayıb, polis əməkdaşları şəhərin müxtəlif yerlərində silah-sursat müsadirə ediblər.