8 Yanvar 2022 00:27
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ştatlar hesab edir ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakı olmadan təkbaşına iğtişaşlara qarşı mübarizə aparmağa qadirdir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.

“KTMT-yə gəlincə. Bizim Qazaxıstanın təcili yardım üçün müraciətinin mahiyyəti, nə üçün irəli sürülməsi ilə bağlı suallarımız var, bununla bağlı daha ətraflı məlumat almağa çalışırıq. Sözsüz ki Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı vəziyyəti düzgün həll etmək, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı var. Odur ki, onların hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil.”-, deyə Amerika diplomatiyasının rəhbəri bildirib.

E. Blinken əlavə edib ki, ABŞ Qazaxıstan hakimiyyətini etirazçıların hüquqlarına hörmət etməyə çağırır.


Müəllif: Teleqraf.com