8 Yanvar 2022 11:24
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli mütəxəssislər COVID-19 virusunun omikron variantının yoluxma sayını kəskin artıracağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, alimlərin fikrincə, fevral ayında epidemioloji göstəricilərdə artım müşahidə olunacaq.

Ekspertlərin araşdırmalarına görə, virusun yayılmasının əsas səbəbərindən biri də ölkələrarası hava yollarının açıq olmasıdır. Tədqiqatçıların hesab edir ki, hazırkı yoluxma sayında omikron varyantı yox, delta və delta-plyus variantları üstünlük təşkil edir.

Araşdırmalar göstərir ki, bu prosesdə vaksinasiya vacib rola malikdir. Bu səbəblə insanların üçüncü doza peyvənd olunmaları tövsiyə olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər