8 Yanvar 2022 21:02
2 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya mart ayında keçiriləcək prezident seçkilərindən əvvəl sosial təhlükəsizlik sığortasının saç əkdirilməsini əhatə edib-etmədiyini müzakirə edir.

Teleqraf.com xəbər verir ki, mübahisə hakim Demokratlar Partiyasının prezidentliyə namizədi Li Je Myonun “pulsuz saç əkilməsi” vədindən sonra yaranıb.

O, hər beş nəfərdən birinin saç tökülməsindən əziyyət çəkdiyi ölkədə, saç əkmə müalicələrinin milli səhiyyə sığortası tərəfindən qarşılanmalı olduğunu deyib. Partiyanın iclasında çıxış edən Li saç tökülməsinin qarşısının alınması müalicəsinin “bədən bütövlüyü” prinsipi çərçivəsində sığorta ilə təmin edilməsi lazım olduğunu və ölkədə təxminən 10 milyon insanın bu problemlə üzləşdiyini bildirib.

Siyasətçi sosial şəbəkədə canlı yayım zamanı isə bunu deyib: “Saç tökülməsinə qarşı müalicələrdə nədən narahat olduğunuzu və hansı qərarın lazım olduğunu bizə bildirin. Saç tökülməsinə qarşı mükəmməl siyasət təqdim edəcəyəm”.

Li bu açıqlaması ilə keçəllik problemi olan insanlardan böyük dəstək alıb. Amma bu vədinə görə həm də milli tibbi sığorta sistemini riskə atmaqda ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər