8 Yanvar 2022 20:36
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Populyar komik və TNT telekanalının aparıcısı, “Kamızyak diyarının yığması” şən və hazırcavablar komandasının üzvü Azamat Musaqaliyev ilk dəfə Qazaxıstanda baş verən etiraz aksiyalarından danışıb.

Teleqraf.com xəbər verir ki, o, İnstaqram səhifəsində ölkədəki vəziyyəti şərh edib.

Teleaparıcı dövlət bayrağının fotosunu dərc edib və qeyd edib ki, son günlər respublikada baş verənləri həyəcan və ümidsizliklə izləyir:

“İndiyə qədər heç kim nə baş verdiyini doğru cavablandıra bilməz, yalnız bir şey aydındır – bu faciədir. Qazaxıstanla hansısa bağlılığı olan hər kəs üçün faciədir. Qarətllər, yanğınlar, talanlar, amma ən pisi insan itkisidir. Baş verənləri qiymətləndirmək istəmirəm. Mən bunun tez bir zamanda bitməsini istəyirəm”.

Aparıcı əlavə edib ki, o, qazaxdır, amma heç vaxt Qazaxıstanda yaşamayıb. “Ancaq indi başa düşürəm ki, Qazaxıstan həmişə məndə yaşayır. Qazaxıstan, mən səninləyəm!”.


Müəllif: Səxavət

Oxşar xəbərlər