8 Yanvar 2022 17:42
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə ilk dəfə alsheymer xəstəliyinin müalicəsində yeni “Aducanumab” dərmanından istifadə edilib. Bu dərman xəstəliyin törətdiyi beyin zədəsini gecikdirməyə yönəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.

Dərman bu həftə Suraski Tibb Mərkəzində xəstəyə verilib. Bu, dərmanın ABŞ-dan kənarda istifadə olunmasına dair ilk haldır.

Dərmanı 57 yaşlı İeremiya Kozari qəbul edib.

“Aducanumab” dərmanı keçən il ABŞ Qida və Dərman Vasitələri İdarəsi tərəfindən təsdiqlənib.


Müəllif: Səxavət

Oxşar xəbərlər