8 Yanvar 2022 22:40
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Sanitariya risklərindən müdafiə üzrə Federal Komissiyası “Merck” əczaçılıq şirkətinin COVID-19 əleyhinə istehsal etdiyi, bu ölkədə birinci preparatın istifadəsinə icazə verib.

Teleqraf.com xəbər verir ki, “Molnupiravir” həbləri yüngül və orta dərəcədə ağır koronavirus infeksiyalı pasiyentlərə təyin ediləcək.

Hökumətin xəbərdarlığına görə, müalicə peyvəndlənməni əvəz etmir və həkimlə məsləhətləşmədən qəbul edilməməlidir.

Sanitariya risklərindən müdafiə üzrə Federal Komissiyanın rəhbəri Alexandro Svarç Peres vurğulayıb ki, Meksika COVID-19 əleyhinə həblərin qəbuluna icazə verən ilk ölkələrdən biridir. Bu dərmanlar xəstəxanaya yatırılmaların və ölüm hallarının sayını təqribən 30 faiz azaldır.

Belə növ müalicəyə artıq ABŞ-da, Yaponiyada icazə verilib və Kanada, Avstraliya, İsveçrə kimi ölkələrdə öyrənilir.

Meksika Prezidenti Andres Manuel Lopes Obrador göstəriş verib ki, preparatın hər kəsdən ötrü əlçatan olması üçün əsasən bütün dövlət xəstəxanalarında tətbiq olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər