Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alimi Kiprdə Delta və Omikron ştammlarının hibridi olan koronavirusun yeni variantını aşkar ediblər.
Teleqraf.com-un məlumatına görə, laboratoriyanın rəhbəri Leontios Kostrikis tədqiqatçıların yeni varianta deltakron adını verdiyini deyib.
Onun sözlərinə görə, yeni variantın da delta ştammı kimi genetik əsası var: "Lakin eyni zamanda onun bir sıra mutasiyaları omikron ştammı ilə eynidir. "Biz əvvəllər yalnız omikron ştammı ilə yoluxma halları zamanı aşkar edilmiş xeyli sayda mutasiya tapmışıq".