9 Yanvar 2022 14:04
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Ağ Evin qarşısında bu ölkədə yaşayan qazaxıstanlıların aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, aksiyada “Putin, Qazaxıstandan əlini çək”, “KTMT ordusu Qazaxıstanı tərk etsin”, “Tokayev istefa”, “İnternet bərpa edilsin”, “Biz terrorçu deyilik, xalqıq”, “Putin, Qazaxıstandan çıx” kimi şüarlar səsləndirilib və plakatlar qaldırılıb.

Həmçinin Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin də əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları olayların səbəbkarları kimi Nazarbayev-Tokayev cütlüyünü göstəriblər.

Aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə qazaxlardan öncə Rusiya işğalından əziyyət çəkən başqa bir xalqın - ukraynalıların da Rusiya əleyhinə aksiyası baş tutub. Aksiyaları başa çatan ukraynalılar meydanı tərk etməyərək, Qazaxıstana dəstəklərini ifadə ediblər. Aksiyada ABŞ-da yaşayan azərbaycanlılardan da iştirak edənlər olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər