9 Yanvar 2022 20:27
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstanda KTMT hərbi kontingentinə rəhbərlik edən Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov bildirib.

Onun sözlərinə görə, Kollektiv sülhməramlı qüvvələrin bölmələri tərəfindən tapşırıqların yerinə yetirilməsi ölkədə vəziyyət tam sabitləşənə qədər davam edəcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev sosial etirazlar fonunda ölkədə baş verən iğtişaşları yatırmaq məqsədi ilə KTMT qüvvələrini ölkəyə dəvət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər