10 Yanvar 2022 15:32
2 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiyanın Mərkəzi Asiyadakı son hərbi-siyasi fəaliyyətlərinə diqqət çəkib:

“Rus ayısı”nın növbəti hədəfi Özbəkistandır. Bunu Daşkəndin son günlər atdığı addımlar da göstərir. Ölkədə ordunun təbliği gücləndirilib, Özbəkistana giriş qaydaları dəyişdirilib, məktəblərdə qış tətili yanvarın 25-dək uzadılıb, əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün Rusiyaya qaz ixracı dayandırılıb.

Bu günlərdə Prezident Mirziyoyevin Türkiyə Prezidenti Ərdoğanla telefon danışıqları olub.

Özbəkistan bir çox mənada, ilk növbədə də goesiyasi baxımdan bölgənin açar dövlətidir və bunu Rusiyada da yaxşı anlayırlar.

Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir. Hədəfdə Şərq-Qərb iqtisadi və ticari əlaqələrini təmin edən bütün coğrafiyanın nəzarət altına götürülməsidir. O cümlədən də Əfqanıstanın.

Bunun üçün də Qazaxıstandan Özbəkistana, ordan da Əfqanıstana hərbi müdaxilə olunmalıdır. Bir sözlə, Rusiya SSRİ-ni batıran bataqlığa doğru irəliləyir. Bir o fərqlə ki, bu dəfə onun yolunun üzərində sovet dövründəkindən daha çox “tələlər” və “çalalar” var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər