10 Yanvar 2022 12:36
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 2-də ölkədə başlayan etiraz aksiyaları və iğtişaşları “dövlət çevrilişinə cəhd” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar iclasında deyib.

O, ölkədə baş verən hadisələrin müstəqillik dövründə “ən çətin böhran” olduğunu bildirib.

“Qazaxıstan genişmiqyaslı böhranın içindədir. Bu, 30 illik müstəqillik tarixində ən çətin hadisə oldu. Bütövlükdə təşkilatımız bu səviyyədə real təhlükə ilə üzləşməyib”, - Tokayev qeyd edib.

Onun sözlərinə görə, yanvarın əvvəlindən bəri baş verən bütün hadisələr bir zəncirin eyni halqalarıdır: “Onlar uzun müddətdir ki, hazırlığı görülən bu dağıdıcı plana tabedirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər