Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, Qazaxıstandakı vəziyyətdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır.
Teleqraf.com xəbər verir ki, A.Lukaşenko bu fikirləri KTMT-nin videokonfransında bildirib.
“Burada dərs almaqdan çox danışıldı. Məni bağışlayın, ilk növbədə Özbəkistan dərs çıxarmalıdır”, - Lukaşenko deyib.
O bildirib ki, Belarus tərəfinin məlumatına görə, oxşar hal Özbəkistanda baş verə bilər: “Bizdə olan məlumata görə, bu dərslər alınmazsa və siz artıq bunu yerində görürsünüz, onların baxışları Özbəkistana yönələcək”.
Belarus Prezidenti əlavə edib ki, “bu gün əsas məsələ Qazaxıstan rəhbərliyinin məşğul olduğu dərslərdir”.