11 Yanvar 2022 10:13
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin sədri David Sassolinin 65 yaşında vəfat etdiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Sassolinin immun sistemindəki pozğunluqdan yaranan ağır vəziyyətə görə iki həftədir xəstəxanada olduğu bildirilib.

Sassolinin sözçüsü Roberto Kuillo onun İtaliyada gecə saatlarında vəfat etdiyini deyib.

Kuillo əlavə məlumatın bir neçə saat ərzində açıqlanacağını bildirib.

Sentyabr ayında pnevmoniya səbəbilə xəstəxanaya yerləşdirilən Sassoli uzun müddət AP iclaslarına sədrlik edə bilməyib və Avropa Birliyinin toplantılarına qatılmayıb.

Bildirilib ki, 65 yaşlı Sassoli iki həftə əvvəl immun sistemindəki pozğunluqdan yaranan ağır vəziyyətə görə xəstəxanaya yerləşdirilib.

Sassoli xəstəliyi səbəbindən yanvarın 17-20-də Strasburqda keçiriləcək AP seçkilərində yenidən namizədliyini irəli sürməyib.


Müəllif: Mənsur Rəğbətoğlu