19 Noyabr 2014 12:09
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Uolter Steinmeieri Kremlə dəvət edərək danışıqlar aparıb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bəzi siyasətçilər Ukrayna böhranı səbəbi ilə Qərb ölkələrinin sərt reaksiyaları ilə qarşılaşan Moskvanın Berlinlə buzları əritməyə başladını qeyd edirlər.

Kremlin mətbuat katibi Dmitri Peskov alman nazirin Putinlə görüşdüyünü təsdiq edib. O, görüşdə şərqi Ukraynada baş verən böhranın müzakirə olunduğunu bildirib.

Steinmeier Putin ilə görüşü öncəsi rusiyalı həmkarı Sergey Lavrovla da bir araya gəlib. Görüş zamanı Steinmeier problemlərin həlli üçün səylərin artırılmasını istəyib. Alman nazir Ukraynada sülhün təmin olunması üçün ilk addımın sərhədlərin müəyyənləşdirilməsi, hərbi sursatın geri çəkilməsi və ATƏT əməkdaşları tərəfindən bölgədə müşahidələrin aparılması olduğunu deyib.

Həmçinin nazirlər İraq Şam İslam Dövləti terror təşkilatına qarşı mübarizəni və İranın nüvə proqramı məsələlərini də müzakirə ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər