11 Yanvar 2022 11:22
5 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovina Xarici işlər naziri Bisera Turkoviç Banya Lukada qeyri-qanuni qeyd edilən “9 Yanvar Serb Respublika günü” tədbirlərinə nümayəndə göndərən Rusiya, Çin və Serbiyaya diplomatik nota verildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Turkoviç bu üç ölkəyə verilən notada belə tədbirlərdə rəsmi iştirakın Bosniya və Herseqovinanın daxili işlərinə ağır müdaxilə olduğunu vurğulanıb.

Notada belə addımların Bosniya və Herseqovina ilə ikitərəfli əlaqələri poza biləcəyi bildirilib.

Bosniya və Herseqovinanın Banya Luka şəhərində konstitusiyaya zidd olmasına baxmayaraq, “9 Yanvar Serb Respublikası günü” qeyd edilib.

Serbiya parlamentinin spikeri İvitsa Daçiç və Serbiya Baş naziri Ana Brbaniç, eləcə də Rusiya və Çinin Sarayevodakı səfirləri bayram mərasimlərində iştirak ediblər.

Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi 2015-ci ildə o vaxtkı Prezident Şurasının üzvü Bakir İzetbeqoviçin tələbi ilə “Serb Respublikası günü”nü konstitusiyaya zidd elan edib. Qərardan sonra Serb Mxutar Respublikası “9 Yanvar Serb Respublikası günü”nün tanınması üçün referendum keçirib, amma Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi bu referendumu tanımayıb və bu günün qeyd olunmasını qadağan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər