Qazaxıstan Prezident Kasım-Jomart Tokayev Əlixan Smaylovu baş nazir təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə tengrinews.kz məlumat yayıb.
Parlament yekdilliklə Əlixan Smaylovu Qazaxıstanın baş naziri vəzifəsinə təsdiq edib.
Yanvarın 5-də ölkədəki etirazlar və iğtişaşlar fonunda keçmiş baş nazir Askar Mamin və hökuməti istefa verib. Smaylov baş nazirin səlahiyyətlərini icra edirdi.