11 Yanvar 2022 20:44
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani dövründə parlamentin sədri olmuş Bəxtar Aminzay ölkəsində daimi sabitliyin təmin edilməsi üçün Türkiyənin ABŞ və Taliban arasında vasitəçilik etməsini istədiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə “Anadolu”ya açıqlamasında danışıb.

Aminzay bildirib ki, hazırda ABŞ və Talibanın ölkədəki aclıq və humanitar problemlərin həlli üçün siyasi baxımdan eyni dildə danışmaları üçün səy göstərirlər.

ABŞ-ın bank sistemində dondurduğu maliyyə aktivlərinin bir hissəsinin dövlətə və yerli investorlara aid olduğunu deyən Aminzay keçmiş hökumət dövründə insanların əmanətlərini təhlükəsizlik məqsədilə banklara yatırdıqlarını, amma indi bu pula çata bilmədiklərini bildirib.

Əfqan siyasətçi ABŞ-ın öz bank sistemində dondurduğu 9 milyard dollardan çox vəsaitin 3.5 milyard dollarının hökumətə yox, yerli müəssisə və ayrı-ayrı şəxslərə aid olduğunu söyləyib.

“Biz indi beynəlxalq ictimaiyyətdən əfqan xalqının təcili ehtiyacı olan qeyri-dövlət aktivlərini sərbəst buraxmasını xahiş edirik”, - Aminzay deyib.

Türkiyə ilə Əfqanıstan arasında dərin tarixi bağ olduğunu dilə gətirən əfqan siyasətçi Türkiyənin, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğanın Əfqanıstanda çox sevildiyini vurğulayıb.

O, Əfqanıstanda daimi sabitliyin təmin edilməsi üçün Türkiyənin ABŞ və Taliban arasında vasitəçi olmasını istədiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər