2006-cı ildə edam olunan İraqın sabiq rəhbəri Səddam Hüseynin məhkəməsində hakimlik edən kürd hakim Rizgar Emin İraqın prezidentliyə namizəd olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin oktyabr ayında keçirilən ümumi növbədənkənar seçkilərdən sonra ilk iclasını keçirən İraq Parlamentində prezidentlik şurasının seçilməsi ilə prezidentliyə namizədlik üçün müraciətlər başlayıb.
2006-cı ildə edam edilən və ölkənin 5-ci prezidenti olmuş Səddam Hüseyni mühakimə edən hakim Rizgar Emin prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Ölkədəki demokratik proseslərə inandığını və müstəqil şəkildə seçkilərə qatıldığını bildirən Rizgar Emin İraq parlamentindəki kürd siyasi partiyalarından dəstək istəyib. İraqda konstitusiyada heç bir maddə olmasa da, 2003-cü ildən bəri kürdlər prezident, şiələr baş nazir, sünnilər isə parlament sədri postunu tutur.