12 Yanvar 2022 13:06
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ lideri Co Bayden növbəti dəfə səhvən vitse-prezident Kamala Harrisi “Amerika prezidenti” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Bayden Atlanta Universitetindəki çıxışı zamanı səhvə yol verib.

“Keçən həftə prezident Harrislə Kapitolidə tariximizi “əvvəl” və “sonra” olmaqla iki yerə bölən o olayları müzakirə etdik”, - Amerika lideri bildirib.

Söhbət 2021-ci il yanvarın 6-da Konqresin binasının etirazçılar tərəfindən ələ keçirildiyi hadisədən gedir.

Artıq üçüncü dəfədir ki, ABŞ prezidenti Kamala Harrislə bağlı belə səhvə yol verir. O, bundan əvvəl Rusiya lideri Vladimir Putinin də adını səhv tələffüz edib, “peyvənd” və “eskalasiya” sözlərini, həmçinin Suriyanı Liviya, İraqı isə İranla qarışdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər