Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərində səfərdədir.
Teleqraf.com xəbər verir ki, prezidentin mətbuat katibi Berik Ualinin bildirdiyinə görə, Tokayev Almatıda operativ qərargahın iclasını keçirib.
Onun sözlərinə görə, Tokayev həmçinin iğtişaşlar zamanı həlak olan təhlükəsizlik işçilərinin ailələri ilə görüşüb və mükafatlar təqdim edib.