12 Yanvar 2022 16:21
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyaya səfəri zamanı amerikalı reper Kanye Uestlə Prezident Vladimir Putinin görüşüb-görüşməyəcəyi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında amerikalı reperin Putin üçün tərəf-müqabili olmadığını deyib.

“Prezidentin ifaçının tərəf-müqabili olduğunu düşünmürəm. Nə birgə ibadət, nə də onun səfərini təşkil etmək baxımından", - Peskov bildirib.

Kremlin sözçüsü Putin və Uestin bir-birini o qədər də dərindən tanımadıqlarını söyləyib.

Erməni əsilli model Kim Kardaşyanın keçmiş həyat yoldaşı Kanye Uest bu il Rusiyaya gəlməyi, burada kilsədə ibadət etməyi, Vladimir Putinlə görüşməyi planlaşdırır. Rusiyada öz biznesini qurmaq da reperin planlarına daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər