12 Yanvar 2022 18:56
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvanın NATO-da diplomatik ofisinin yenidən açılması üçün ilkin şərtimiz yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

“Təəssüf edirik ki, Moskva buradakı diplomatik missiyasının fəaliyyətini dayandırdı və Moskvada NATO-nun ofisi bağlandı. Biz bu ofislərin qarşılıqlı şəkildə yenidən açılmasını istəyirik və bu gün bunu ifadə etdik. Çünki biz dialoqa inanırıq. Bu ofislər, diplomatik missiyalar mənalı dialoqun vacib hissəsidir”, - Baş katib bildirib.

Xatırladaq ki, ötən ilin oktyabrında Moskvanın NATO-dakı, NATO-nun isə Moskvadakı ofisləri bağlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər