Türkiyədən yan keçən “EastMed” layihəsinə ABŞ-ın dəstəyini geri çəkməsi Yunanıstanı şoka salarkən, Total və ExxonMobil şirkətlərinin də Krit adasında seysmik tədqiqat fəaliyyətlərini dayandırdıqları ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın enerji qaynaqları vasitəsilə Şərqi Aralıq dənizində sabitliyi pozmaq siyasəti tamamilə məhv olur.
Yunanıstan, Cənubi Kipr və İsrail konsorsiumunun gündəmə gətirdiyi “EastMed” layihəsinə ABŞ-ın etirazını bildirməsinin ardından Afinaya Kritdə qırmızı vərəqə göstərilib.
Məlum olub ki, Fransanın Total və Amerikanın ExxonMobil şirkətləri adanın cənubunda başladıqları təbii qaz ehtiyatlarını müəyyən etmək üçün seysmik tədqiqat işlərini qeyri-müəyyən müddətə dayandırıblar. Qeyd olunub ki, hər iki şirkət layihəni dondurmaq qərarı barədə Afinaya məlumat verib. Yunan mediası bu addımı “Şərqi Aralıq dənizində ikinci zərbə” kimi qiymətləndirib.
Yunan mdiası bildirib ki, Krit adasının cənub və qərbində fəaliyyət göstərən Total, ExxonMobil və Yunanıstan ELPE şirkətlərindən ibarət konsorsium, imzalanan şərtlərə zidd olaraq, 2022-ci ildə seysmik tədqiqat işlərini qeyri-müəyyən müddətə dondurduqlarını açıqlayıb. Yunanıstan mətbuatı qərara səbəb kimi layihənin iqtisadi cəhətdən dayanıqlı olmadığını göstərib.