Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov amerikalı senatorların Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməklə bağlı hədələrinə cavab verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Onun sözlərinə görə, Konqresdə Rusiyaya, o cümlədən bu ölkənin ali rəhbərliyinə qarşı şəxsi sanksiyaların tətbiqinə çağırışlar təxribatdır və perspektivsizdir. Diplomat vurğulayıb ki, Moskvanı sanksiyalarla qorxutmaq olmaz.
ABŞ Konqresi Ukraynada münaqişənin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Konqresmenlər Rusiyanın birinci və ikinci dərəcəli dövlət borcları ilə əlaqədar əməliyyatlara qadağa qoyulması barədə düşünürlər. Onlar həmçinin Rusiyanın bank sektoruna və “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər. Bundan əlavə, vəziyyət gərginləşərsə, ABŞ Rusiyadan SWIFT beynəlxalq ödəniş sistemindən çıxmasını tələb edə bilər.
Yuxarıda göstərilən sanksiyalardan əlavə, demokratlar şəxsən Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyi düşünürlər. Onlar həmçinin baş nazir Mixail Mişustin, Xarici işlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, baş qərargah rəisi Valeri Gerasimov, eləcə də silahlı qüvvələrin müxtəlif bölmələrinin, o cümlədən hava-desant və dəniz qüvvələrinin komandanlarına qarşı sanksiyalar təklif ediblər.