“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınin (KTMT) sülhməramlı qüvvələri plana əsasən, yanvarın 19-u daxil olmaqla Qazaxıstandan çıxarılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə məlumat verərkən deyib.
General bildirib ki, sabah Ermənistan, Tacikistan və Belarusiyadan olan hərbçilər bütün qüvvələrini 14 təyyarə ilə çıxaracaq: “Qırğız həmkarlar yaxınlıqda olduqlarını nəzərə alaraq özləri gedəcəklər. Biz bütün işləri ayın 19-da başa çatdırmağı planlaşdırırıq”.
Rusiyalı nazirin sözlərinə görə, KTMT-nin Qazaxıstandakı sülhməramlıları xüsusi əhəmiyyət kəsb edən 14 obyekti mühafizə altına alıb.
Şoyqu bildirib ki, KTMT sülhməramlılarının Qazaxıstana yeridilməsi respublikanın təhlükəsizlik qüvvələrinin 1,6 minə yaxın əməkdaşını quldurlarla mübarizə aparmasına imkan verib.