Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiyaya məxsus ilk desant bölməsi Qazaxıstandan qayıdıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sülhməramlılar “İl-76MD” markalı 4 hərbi təyyarə ilə İvanovo-Severnı aerodromuna eniş ediblər.