Yaponiya Quru Özünümüdafiə Qüvvələri (GSDF) ölkənin cənub-qərb hissəsindəki adaların işğalı ssenarisinə qarşı təlim keçirib.
Teleqraf.com xəbər verir ki, hərbi qüvvələrin 2000 nəfərlik Hava Desant Briqadasının paytaxt Tokio yaxınlığındakı Naraşino qəsəbəsində təlim keçirdiyi bildirilib.
ABŞ hərbi hava qüvvələrinin qırıcıları tərəfindən dəstəklənən təlimdə GSDF şəxsi heyəti yüzlərlə metr hündürlükdən paraşütlə atılıb.
Hava dəstəyi ilə adalar “geri alındıqdan” sonra raketdən müdafiə sistemlərinin və GSDF personalının bölgəyə yerləşdirilməsi prosedurları həyata keçirilib.
Yapon mediası təlimin Çinin regional hərbi təhdidlərinə qarşı məşq olduğunu bildirib.