15 Yanvar 2022 09:05
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları təxminən 110 milyon işıq ili uzaqlıqdakı kiçik qalaktikada mini qara dəlik aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, kəşf edilən qara dəliyin kütləsi Günəşdən təxminən 200 000 dəfə böyükdür və Mrk 462 qalaktikasında yerləşir.

Mrk 462 təqribən 100 milyard ulduzun yerləşdiyi Süd Yolu qalaktikası ilə müqayisədə cəmi bir neçə yüz milyon ulduza ev sahibliyi edir. Mini qara dəlik isə indiyə qədər bu qalaktikada aşkar edilmiş bir neçə oxşarından yalnız biridir.

Amerikalı elm adamı Cek Parker deyib ki, Mrk 462-dəki bu qara dəlik istənilən superkütləli və ya qorxunc qara dəliklərin ən kiçiklərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər