14 Yanvar 2022 13:55
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqlar səmimi və birbaşa olub, faydalı sayıla bilər. Bu danışıqlar bizə və Rusiyaya düşünmək üçün əsaslar verib”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Milli təhlükəsizlik müşaviri Cek Sallivan Rusiya ilə ABŞ arasında Cenevrə, Brüssel və Vyana görüşlərini qiymətləndirərkən deyib.

Danışıqlar zamanı həm ABŞ, həm də Rusiyanın narahatlıqlarını dilə gətirdiyini deyən Sallivan irəliləyişin əldə oluna biləcəyi və ya mümkün olmadığı sahələri də açıq şəkildə ifadə etdiklərini deyib: “Danışıqlar səmimi və birbaşa olub. Bu danışıqlar bizə və Rusiyaya düşünmək üçün əsaslar verdi”.

Danışıqlardan sonra müttəfiqləri ilə məsləhətləşmələr aparacaqlarını qeyd edən Salivan bildirib ki, Avro-Atlantikin təhlükəsizliyini və sabitliyini yaxşılaşdırmaq üçün diplomatiyaya hazırıq: “Eyni şəkildə Rusiya başqa bir yol seçərsə, biz də buna qarşılıq verməyə hazırıq. Tərəfdaşlarımızla birlikdə Rusiya Ukraynanı işğal edərsə, tətbiq olunacaq sərt iqtisadi sanksiyalarla bağlı intensiv əməkdaşlığımızı davam etdiririk”.

Ağ Ev rəsmisi ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam etdiyini vurğulayaraq deyib: “Biz Rusiyaya hərbi müdaxilənin hesabı və nəticələrini açıq şəkildə söyləmişik”.

Rusiya ilə danışıqların davam etdirilməsi üçün yeni tarixin müəyyən edilmədiyinə diqqət çəkən Sallivan həm müttəfiqləri, həm də Rusiya ilə təmaslarının davam edəcəyini bildirib.

Sallivan qeyd edib ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı qəti nəticəyə gəlməsə də, Rusiya sərhəddə on minlərlə əsgər yerləşdirib və işğal riski yüksəkdir.


Müəllif: Nemət

Oxşar xəbərlər