14 Yanvar 2022 17:40
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə daxili kəşfiyyat agentliyi MI5-in xəbərdarlığı ölkəni dəhşətə gətirib. Kəşfiyyat qurumu bildirir ki, İngiltərə parlamentində Çin agenti var.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın daxili kəşfiyyat agentliyi MI5 İngiltərə parlamentində Çin hökuməti tərəfindən prosesə cəlb edilən agent olduğu barədə xəbərdarlıq edir.

Təhlükəsizlik xəbərdarlığını edən MI5-in məlumatına görə, Kristine Kinq Kui Lii adlı çinli vəkil gizli şəkildə hərəkət etməklə paralel Böyük Britaniyada siyasi müdaxilə fəaliyyətlərində iştirak edir.

Təhlükəsizlik xidmətinin xəbərdarlığı ilə agent olduğu iddia edilən Linin “Çin Kommunist Partiyasının (CKP) Birləşmiş Cəbhə İşi Departamenti adından bilərəkdən siyasi müdaxilə fəaliyyəti göstərdiyi iddia edilir.

“Li siyasi partiyalara, millət vəkillərinə, deputatlığa namizədlərə və Böyük Britaniyada siyasi vəzifələr tutmaq istəyən şəxslərə maliyyə ianələrini, o cümlədən siyasi qurumlara ianələrin verilməsini asanlaşdırmaqla məşğuld olur”,-MI5-in məlumatında deyilir.

Xəbərdarlıq Nümayəndələr Palatasının sədrinin ofisindən qanunvericilərə göndərilən elektron poçtda paylaşılıb, rəsmilər isə Lini Honq-Konq və Çində yaşayan xarici vətəndaşlar adından xidmət etməkdə və deputatlığa namizədlərə maliyyə ianələrini asanlaşdırmaqda ittiham ediblər.

İcmalar Palatasının spikeri Lindsay Hoyl MI5-in deputatlara göndərdiyi məktubu oxuyarkən deyib ki, Li Honq-Konq və Çində yaşayan xarici vətəndaşlar adından xidmət edir və namizədlərə maliyyə ianələrini asanlaşdırır. Bu asanlaşdırma ödənişlərin mənşəyini gizlətmək üçün edilib. Bu qəbuledilməz bir davranışdır.

MI5 qeyd edib ki, agent Li Leyboristlərdən deputat Barri Qardinerə ianə edib. Linin oğlunun Qardinerin ofisində işlədiyi və Mİ5-in xəbərdarlığından sonra istefa verdiyi də aydınlaşıb.

Məlum olub ki, agent olduğu iddia olunan Li sabiq baş nazir Tereza Meydən Böyük Britaniyada Çin və Britaniya icmaları arasında qarşılıqlı əlaqəni, anlaşmanı və əməkdaşlığı təşviq etdiyinə görə mükafat alıb.


Müəllif: Nemət

Oxşar xəbərlər