İraqın şimalında yerləşən Ərbil şəhər icra hakimiyyətinə bombalı hücum təşkil olunub.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisədə 5 adamın həyatını itirdiyi, 6 nəfərin yaralandığı bildirilib. Yayılan məlumatlarda partlayışı törədən kamikadzenin də öldüyü qeyd edilib.
Rəsmilər öləmlərdən ikisinin mülki vətəndaş olduğunu açıqlayıblar.
Samir