Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubenyan iki ölkə arasında münasibətlərin normallaşması üçün Moskvada ilk görüşü keçirib.
Teleqraf.com xəbər verir ki, görüşün 1.5 saat davam etdiyini açıqlanıb.
Xüsusi nümayəndələr normallaşma addımları çərçivəsində atılacaq addımları və danışıqlar prosesinin gedişatının təfərrüatlarını dəyərləndiriblər.
Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının və sərhədin açılmasının gözlənildiyi bildirilib.
Normallaşma addımları çərçivəsində İrəvan 2022-ci ilin əvvəlində Türkiyə məhsullarının boykot müddətini uzatmamaq qərarına gəlib.