“Bu gün Türkiyədə seçkilər keçirilcə, yenə Prezident Rəcəb Tayyib Ərdoğan qalib gələcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Məmləkət partiyasının sədri Məhərrəm İncə deyib.
Siyasətçi Türkiyə liderinin müxalifətin potensial namizədlərindən güclü olduğunu bildirib:
“Rəcəb Tayyib Ərdoğanın seçilməmək kimi qorxusu varmı? Namizəd olmamaq kimi qorxusu varmı? Yoxdur. Qutu qoyulsa, Tayyib Ərdoğanın adı yenə oradan çıxarmı? Çıxar”.