“Türkiyə ilə dialoq qapısı hazırdır, Prezident Ərdoğanla görüşməyə hazıram”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kirakos Mitsotakis deyib.
“Dialoq qapısı açıqdır və Prezident Ərdoğanla şəxsi görüş imkanı hər zaman var”, - baş nazir bildirib.
Mitsotakis Türkiyə və Yunanıstanın qonşu olduğunu xatırladıb:
“Əbədi qonşu olacağıq, coğrafiya bizi birlikdə yaşamağa məhkum edir. Əməkdaşlıq və ya gərginlik yolunu seçmək Türkiyənin öz işidir. Biz hər iki ehtimala hazırıq”.